“Hər şey planlaşdırdığımız kimi getməyə bilər, amma…” – “Real”ın kapitanı

İspaniya La Liqasının 5-ci turu çərçivəsində “Sevilya”ya 1:0 hesabı ilə qalib gələn “Real”ın kapitanı Serxio Ramos oyundan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, qələbəyə layiq olduqlarını deyib:

“Oyunun çətin keçəcəyini bilirdik. Uzun müddət idi ki, “Sevilya”nı öz meydanında məğlub edə bilmirdik. Buna görə də, bura mümkün qədər az səhv etmək hədəfi ilə gəlmişdik. Oyuna nəzarət etdik və müdafiədə diqqətli olduq. Düşünürəm ki, qələbə qazanmağa layiq idik.

“Real” hər zaman qələbələrə acdır. Hər şey planlaşdırdığımız kimi getməyə bilər, amma yaxşı komandamız var. Öz üzərimizdə çalışmağa və inkişaf etməyə davam edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button