“Hər kəs bu komandanın təfəkkürünü gördü” – Lukaku

İtaliya A Seriyasının 23-cü turu çərçivəsində “Milan”a 4:2 hesabı ilə qalib gələn “İnter”in hücumçusu Romelu Lukaku açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “neradzurra”nın 4-cü qolunun müəllifi olan belçikalı futbolçu, qələbəni şərh edib:

“İkinci hissədə həqiqətən yaxşı oynadıq. İlk hissədə isə rəqib daha yaxşı idi, çünki onlara çox boşluq verirdik. Fasilədən sonra yaxşı oynadıq, mübarizə apardıq. Qələbəyə sevinirik. Hər kəs bu komandanın təfəkkürünü gördü. Heç vaxt təslim olmuruq və hər zaman qalib gəlməyə çalışırıq. Qələbə qazanmaq üçün burdayam və məqsədim komandama kömək etməkdir. Bütün azarkeşlərə, komanda yoldaşlarıma və baş məşqçiyə mənə verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm”.

23 turdan sonra 54 xal toplayan “İnter” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button