“Hər kəs bilir ki, bu, sadəcə başlanğıcdır” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, “qırmızılar”ın vəziyyəti ilə bağlı danışıb:

“Mançester Siti” ilə oyunun son 15 dəqiqəsinin bizim üçün nə qədər çətin keçdiyinin şahidi olduz. Futbolçuların əksəriyyəti həmin vaxt yorulmuşdular. Təhlükəli epizodlar yaratmadan “Mançester Siti” kimi rəqibə qalib gəlmək mümkün deyil. Onların oyun keyfiyyəti çox yüksəkdir, buna görə də, futbolçularımın etdiklərindən məmnunam. Hər kəs bilir ki, bu, sadəcə başlanğıcdır. Mövsümün hazırkı hissəsində hansısa komandanın 34 xalının olması çox vaxt mümkün olmur, amma biz bunu bacardıq.

Futbolçuları milli komandaların oyunları gözləyir. Ümid edirəm ki, onlar sağlam şəkildə komandaya geri qayıdacaqlar”.

12 turdan sonra 34 xal toplayan “Liverpul”, turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button