“Ardıcıl üçüncü dəfə bu turnirin finalında olmaqdan məmnunam” – Qvardiola

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsi çərçivəsində “Mançester Yunayted”ə 0:1 hesabı ilə məğlub olan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssis, rəqibdən daha güclü olduqlarını bildirib:

“İnanılmaz fiziki göstəriciləri olan komandayla qarşılaşırdıq. Rəqib ilk hissədə qol vurdu, ikinci hissədə isə cəmi bir zərbələri oldu. İkinci hissədə başqa heç nəylə yadda qalmadılar. Oyundan razıyam. Hər iki oyunda güclü tərəf biz idik. Ardıcıl üçüncü dəfə bu turnirin finalında olmaqdan məmnunam. Hansı turnirdə mübarizə apardığımızın əhəmiyyəti yoxdur, vacib olan qalib gəlməkdir. Final oyununda “Aston Villa” kimi tarixi komanda ilə qarşılaşacağımız üçün xoşbəxtəm”.

“Mançester Yunayted” cavab görüşündə qələbə qazansa da, ilk matçda 3:1 hesabı ilə qalib gələn MS kubokun final oyununa “bilet” alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button