“Həmişə güclü qalib gəlmir” – Elmar Baxşıyev

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mövsümdə ən yaxşı oyunumuzu göstərdik. Daim hücumda olmaq istəyirik. Komanda şəklində bunu edə bildik. Bu performansa görə komandaya təşəkkür edirəm. Qələbəyə daha çox layiq idik. Həmişə güclü qalib gəlmir. “Zirə” yaxşı komandadır. Onları təbrik edirəm. İddiamızdan əl çəkməyəcəyik, daha da iddialı olacağıq”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button