“Çempionlar Liqasını 5-6 dəfə qazanmaq istəyirəm” – Vinisius

“Real”ın hücumçusu Vinisius Junior “Ayntraxt”la UEFA superkuboku uğrunda oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, “Real”ın kubok qazanmaq üçün əlindən gələni edəcəyini deyib:

“Mümkün qədər çox matçda qalib gəlmək vacibdir, xüsusən də söhbət UEFA superkubokundan gedirsə. “Real” bu mövsüm ilk kuboku qazanmaq üçün əlindən gələni edəcək. Həlledici matçlarda daha yaxşı olmaq “Real”ın DNT-sinin bir hissəsidir və eyni şey bu cür görüşlərə necə yanaşmağı bilən oyunçulara da aiddir”.

Vinisius mümkün qədər çox kubok qazanmaq niyyətində olduğunu bildirib:

“Dünyanın ən böyük klubu olan “Real”la çox şey əldə etmiş futbolçulara baxıram. Təbii ki, qələbələri davam etdirmək istəyirəm. Mən Çempionlar Liqasını 5-6 dəfə qazanmaq və “Real” tarixinin ən böyük oyunçularından olmaq istəyirəm”.

22 yaşlı braziliyalı ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 52 matçda 22 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button