“Hələ gələcəklə bağlı seçim etməmişəm” – Mbappe

PSJ-nin hücumçusu Killian Mbappe gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu gələcəyi ilə bağlı hələ seçim etmədiyini bildirib:

“Mən hələ gələcəklə bağlı seçim etməmişəm, bunu hamı bilir. Məncə, bunun üçün bir çox səbəb var. Qərar versəydim, açıqlayardım. PSJ-də qalmağım mümkündürmü? Əlbəttə”.

Mbappenin karyerasını davam etdirmək üçün iki variantı nəzərdən keçirdiyi bildirilir. O, ya “Real”a keçəcək, ya da PSJ-də qalacaq.

23 yaşlı hücumçu bu mövsüm 37 oyuna çıxıb, 26 qol vurub, 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button