“Hədəfimiz çempionluqdur” – Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Premyer Liqanın 4-cü turunda “Qarabağ”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Bordin, 0:2 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

  • İstədiyimiz oyun alınmadı. Müdafiədə yaxşı oynadığımız vaxt qol buraxdıq. Hesab 0:1 olanda bir neçə qol imkanımız oldu. Heç-heçə edə biləcəyimiz vaxtda 2-ci qolu buraxdıq. Bundan sonra komandam irəli atıldı, bu da rəqibin əks-hücumlarına şərait yaratdı. Oyun 0:2 olan zaman da təhlükəli vəziyyətlər yaratdıq. “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə yüksək tempdə oynamaq lazımdı. Təhlükəli vəziyyətlər yaratmağa çalışdıq. Komandam qol buraxdıqdan sonra yaxşı oyun göstərməyə başlayır. Bunun səbəbini bilmirəm.
  • Asmir Beqoviç künc zərbələri zamanı 5 dəfə topu rahatlıqla götürdü.
  • Biz də istəməzdik bütün hava toplarını rəqib qapıçıya verək.
  • Nəyə əsasən deyirsiz ki, “Qarabağ”a qarşı oynamaq çətindir? Siz də çempionluğa oynayırsız.
  • Bilirik ki, “Qarabağ” hansı gücdədi. Həm büdcə, həm də səviyyə baxımından.
  • Uğursuzluğunuzun karyeranıza böyük zərbə olduğunu düşünmürsüz?
  • Mən peşəkaram. Həmişə işimdə çox çalışıram. Komanda udar da, uduzar da.
  • Məğlubiyyətin səbəbi nədir? Çempionatda hədəflərinizi dəyişmisiz?
  • Hədəfimiz çempionluqdur. Ötən il də bunu nümayiş etdirdik. Sadəcə, sonda xal itkilərinə görə çempionluq əldən getdi. Uğursuzluğumuz o demək deyil ki, hədəflərimizi dəyişmişik. Bir ay əvvələ qayıtsaq, “Arsenal”la oyunda komanda çox yaxşı çıxış etmişdi. İstəyirəm ki, komandanı o vəziyyətə qaytarım. İstəksiz idik bu gün.
  • İki hücumçu sisteminə tez keçdiyinizi düşünmürsüz?
  • Dabo və Raufa tapşırmışdım ki, Miçeli bağlasınlar. Hücumda daha yaxşı olmaq üçün buna məcbur idim.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button