Həbib Nurməhəmmədovun döyüşünün yeri müəyyənləşdi, vaxtı isə…

Qarışıq döyüş növləri üzrə çempion Həbib Nurməhəmmədovun UFC 253 turniri çərçivəsində Castin Qetji ilə keçirəcəyi döyüşün yeri məlum olub.

Komanda.az xəbər verir ki, turnir Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Bu barədə turnirin rəhbəri Dana Uayt məlumat verib.

Görüşün Abu-Dabi şəhərində keçiriləcəyini açıqlayan Uayt, döyüşün vaxtı ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

Uayt daha əvvəl döyüşün keçirilməsi üçün ən uyğun vaxtın sentyabrın 19-u olduğunu bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button