“Hər zaman mükəmməl ola bilmərik” – Zidan

İspaniya La Liqasının 4-cü turu çərçivəsində “Valyadolid”ə 1:0 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssis, əla oyun göstərmədiklərini bildirib:

“Rəqib çox yaxşı oyun nümayiş etdirdi, əvvəldən bunun belə olacağını bilirdik. Çətin oyun oldu, amma üç xal qazana bildik. Bu gün mükəmməl oyun göstərmədik, bunu qəbul etməliyik, lakin səbrli və sakit davrandıq. Bu oyunda əsas hədəfimiz üç xalı qazanmaq idi. Düşünürəm ki, yavaş-yavaş oyunumuzu yaxşılaşdırırıq.

İlk hissəylə müqayisədə ikinci yarıda daha yaxşı idik. Hər zaman mükəmməl ola bilmərik. Komandada hər kəs oynamağa hazırdır”.