“Hər zaman buna görə üzərimdə təzyiq olub, amma…”

“Real”ın və Braziliya yığmasının üzvü Rodriqo karyerası ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, millidəki komanda yoldaşı Neymara bənzədilməsi ilə bağlı danışıb:

“Karyerama “Santos”da başlamışam və ilk gündən məni “yeni Neymar” kimi qələmə veriblər. Hər zaman demişəm, Rodriqo olmaq və öz hekayəmi yazmaq istəyirəm. Hər zaman buna görə üzərimdə təzyiq olub, amma mən sadəcə özüm kimi davranıram.
Hazırda yalnız bir Neymar var.
Futbolda yaxşı səviyyəyə çatmaq çox vacibdir. Hər kəs bilir ki, mənim mövqeyimdə çox yaxşı futbolçular var”.