“Hər şey yaxşı səviyyədə təşkil edilib” – Aleksandr Çeferin

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasdan sonra qitə futbol qurumunun rəhbəri Aleksandr Çeferin jurnalistlərin suallarını cavablandırıb:

  • Bu gün keçiriləcək finala Bakı tamamilə hazırdırmı?
  • Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib.
  • Dünən Bakıda Henrix Mxitaryan formasında azarkeş saxlanılıb…
  • Mən ancaq konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.
  • Londondan Bakıya məsafə uzaqdı. Düşünmürsüz ki, bu azarkeşlər üçün problemdi?
  • Məsafə ilə götürsən Bakıdan Dublinə də uzaqdı. Futbolun xəritəsini genişləndirmək lazımdı. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdı.
  • Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycanın üzərinə diplomatik hücum etdi. Estafeti erməni deputatlarına ötürüb. Siz bu barədə dəqiq nə deyə bilərsiz?
  • Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü. (Qafqazinfo)