“Hər rəqib çox güclüdür” – “Barselona”nın futbolçusu

Çempionlar Liqasında “Lion”u mübarizədən kənarlaşdıran “Barselona”nın müdafiəçisi Jerard Pike açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının növbəti mərhələsi haqqında danışan 32 yaşlı futbolçu, bu mərhələdə hər komandanın güclü olduğunu deyib:

“Bütün hallarda, bizi çətin 1/4  final mərhələsi gözləyir. Hər rəqib çox güclüdür. Dörd İngiltərə təmsilçisi, “Real”ı mübarizədən kənarlaşdıran “Ayaks” var. “Portu” da çox təhlükəli rəqibdir”.

İspan futbolçu, “Yuventus” və Kriştiano Ronaldo haqqında da danışıb:

“Yuventus” çox yaxşı komandadır. “Atletiko” ilə görüşdə çox yaxşı oyun göstərdilər. Kriştiano Ronaldonun transferi ilə birlikdə çox gücləniblər”.

“Barselona” ÇL-in 1/4 final mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq.