“Hər oyun finala bənzəyir” – Zidan

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “İnter”in qonağı olacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssis oyunun vacibliyinə toxunub:

“Oyuna hazırıq. Bu qarşılaşmanın əhəmiyyətini bilirik. Vacib olan meydanda əlimizdən gələn hər şeyi etməkdir. Bu oyun yaxşı çıxış sərgiləmək üçün fürsətdir. Hər oyun finala bənzəyir. Bütün klublar bu mövsüm çətinlik yaşayır. Müdafiə xəttimizi gücləndirməyə çalışırıq. Baş məşqçi olaraq istəklərim dəyişməyib. İşimdən zövq alıram və bu, mənim üçün vacibdir”.

“İnter” – “Real” oyunu bu gün, saat 00:00-da start götürəcək.