“Hər kəs onun bu qiymətə layiq olmadığını bilir” – MY-nin keçmiş futbolçusu

İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş futbolçusu Pol Parker açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, “qırmızı şeytanlar”ın hazırkı vəziyyəti və yeni transferi Harri Maquayr haqqında danışıb:

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer təzyiq altındadır. Onun yaxşı başlanğıca və komandasının ardıcıllıq göstərməsinə ehtiyacı var.

Onların apreldə “Everton”a 0:4 hesabı ilə məğlub olduqları matç dəhşətli idi. Həmin oyundan sonra Sulşerə daha çox təzyiq var. “Mançester Yunayted” azarkeşlərin narazılıq etdiyi bir vəziyyətlə qarşılaşdı. Onları susdurmağın ən yaxşı yolu bir müdafiəçiyə 80 milyon funt-sterlinq xərcləmək idi. Amma hər kəs onun bu qiymətə layiq olmadığını bilir. Ümid edilir ki, Harri Vircil Van Daykın “Liverpul”da etdiyini edə bilər, amma bu, nadir hallarda olur. Maquayrın Van Dayk kimi olacağını düşünmürəm. Onun müdafiəni yaxşılaşdıracağına ümid edirlər, amma Maquayrın üzərində böyük təzyiq var”.