“Həqiqətən də, milliyə dəvət alacağımı gözləyirdim” – “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Qana millisinin beynəlxalq yoxlama oyunları üçün yığmaya dəvət almaması ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, futbolçu, yığmaya dəvət olunacağını gözlədiyini bildirib:

“Milliyə dəvət almamağım yəqin ki, performansımın qarşıdakı oyunlar üçün tələb olunan səviyyədə olmaması ilə əlaqədardır. Həqiqətən də, milliyə dəvət alacağımı gözləyirdim. CAR millisi ilə keçirilən oyun zaman gələcək matçlar barədə baş məşqçi ilə danışmışdım”.