Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

Şotlandiya Liqa kubokunun qalibi məlum olub.

Komanda.az xəbər verir ki, həlledici görüşdə “Seltik” və “Reyncers” komandaları üz-üzə gəlib. Qlazqo təmsilçilərinin duelində “Seltik” minimal hesablı qələbə qazanaraq, 19-cu dəfə kubokun sahibi olub.

Qarşılaşmanın taleyini həll edən yeganə qolu 60-cı dəqiqədə Kristofer Julyen vurub və “zolaqlılar”a qələbə qazandırıb.

“Reyncers”də Alfredo Morelos 64-cü dəqiqədə penaltidən yararlana bilməyib.