“Hələ yüz faiz qərar verməmişəm” – Eriksen

İngiltərənin “Brentford” klubunun yarımmüdafiəçisi Kristian Eriksen gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, danimarkalı futbolçu, karyerasını hansı klubda davam etdirəcəyi ilə bağlı hələlik dəqiq qərar vermədiyini deyib:

“Mənim üçün bundan sonra nə olacağını bilmirəm. Karyeramı və ailə maraqlarını nəzərə alaraq qərar verəcəm. Ancaq “Brentford”da qalmaq variantını nəzərdən keçirirəm. Bununla belə, nə edəcəyiə bağlı hələ yüz faiz qərar verməmişəm. Bir fikrim var, amma nə olacağını bilmirəm. Lakin “Brentford” mütləq variantlardan biridir”.

Daha əvvəl 30 yaşlı danimarkalı ilə “Tottenhem” və “Lester”in maraqlandığı bildirilirdi.

Eriksenin “Brentford”la müqaviləsi mövsümün sonuna qədərdir və daha bir il uzadılması mümkündür.