“…hədəfimizə çatmışıq” – Alleqri

Çempionlar Liqasının 1/4  final mərhələsinin ilk oyununda “Ayaks”la 1:1 hesablı heç-heçə edən “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, cavab oyununun çətin keçəcəyini deyib:

“Ayaks” hər matçda eyni şəkildə oynayır. Öz meydanında və ya səfərdə oynamalarının fərqi yoxdur. Bu, rəqibə hörmətin və yaxşı oynamağımızın vacib olduğunu göstərir. Çox yaxşı komandaya qarşı çətin oyun keçəcək.

İtaliya A Seriyasında demək olar ki, hədəfimizə çatmışıq. Çempionlar Liqasında da addım-addım irəli getməliyik”.