Gürcüstan millisinin üzvü rəsmən “Neftçi”də – VİDEO

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” Gürcüstan millisinin üzvü Solomon Kvirkveliyanı heyətə qatıb.

Bununla bağlı klubun sosial media hesablarında video paylaşılıb.

30 yaşlı mərkəz müdafiəçisi Rusiyanın “Rubin”, “Nefteximik”, “Lokomotiv” (Moskva), “Rotor”, Ukraynanın “Metallist 1925” klublarında çıxış edib. Onun son komandası vətənində “Qaqra” olub.

Kvirkveliya Gürcüstan millisində 45 oyun keçirib.

Təcrübəli müdafiəçi “Lokomotiv”in heyətində 2017-2018-ci illər mövsümündə Rusiya çempionu olub, iki dəfə ölkə kubokunu, bir dəfə də Superkuboku qazanıb. O, 2011-2012 mövsümündə “Rubin”lə də Rusiya kubokunun sahibi olub.

Kvirkveliya iki dəfə – 2014 və 2017-ci illərdə Gürcüstanın ən yaxşı futbolçusu seçilib.