Gürcüstan millisi “Keşlə”nin sabiq məşqçisinə tapşırıldı

Futbol üzrə Gürcüstan yığmasına müvəqqəti baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, sözügedən komanda Ramaz Svanadzeyə tapşırılıb.

Bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bir neçə gün öncə Vladimir Vayssın baş məşqçi postundan istefa verməsi nəticəsində gürcülər UEFA Millətlər Liqasının sonuncu turu çərçivəsində bu gün baş tutacaq Estoniya ilə oyun üçün məhz Svanadzeni seçiblər. Hansı ki, o, hazırda Gürcüstanın U-19 yığmasını çalışdırırdı. Komandaya yeni baş məşqçi təyin olunana kimi millini məhz Svanadze çalışdıracaq.

Qeyd edək ki, Ramaz Svanadze xeyli müddət Bakı “İnter”ində (indiki “Keşlə”) işləyib. 39 yaşlı mütəxəssis bu komandanın sabiq baş məşqçisi Zaur Svanadzenin qardaşı oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button