Gürcü futbolçu Emil Balayevi müdafiə etdi: “Əsas odur ki, qalib gəldik”

Qazaxıstanın “Tobol” klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Balayevin komanda yoldaşı Nika Kvekveskiri klubun saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, gürcü futbolçu, Premyer Liqanın 4-cü turunda “Aktobe”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda səhvə yol verən Balayevi müdafiə edib. O, Azərbaycan millisinin qapıçısını dəstəklədiklərini bildirib:

“Əsas odur ki, qalib gəldik. Son dəqiqələrdə fərdi səhvdən qol buraxdıq. Ancaq futbolda belə şeylər olur, biz hamımız səhv edirik. Sadəcə, qapıçı səhvə yol verəndə, bu, tabloda öz əksini tapır və gözə daha çox dəyir. Bütün komanda olaraq Emili dəstəkləyirik. Biz kollektivik və bir-birimiz üçün mübarizə aparırıq. Uğurumuzun əsas səbəblərindən biri budur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button