Günahkar bəndələrin futbol sevgisi

Rəşad Ergün

İllər-illər əvvəl idi. Hazırda “Qarabağ”ı çalışdıran Qurban Qurbanov milli komandanın kapitanı idi, köhnə “Neftçı”bazanın həyətində görüşdük, müsahibə üçün. Milli komanda yenə hansısa oyunda biabirçılıqla uduzmuşdu. O gün Qurbanova verilən suallardan biri hələ də yadımdadır: “Nə vaxta kimi belə davam edəcək, nə etmək lazımdır”.

Fuad Musayev getdi, Ramiz Mirzəyev gəldi, Ramiz Mirzəyev getdi, Rövnəq Abdullayev gəldi. Heç nə dəyişməyib. Milli komandalar həminki, AFFA-ya rəhbərlik edənlərin sadəcə adları, soyadlarıdır fərqli olan. Azərbaycanın idman mediası, azarkeşlər də həminkidir – “Sən get, başqası gəlsin, onu söyək”. Və əslində bu adamların hamısı bilir ki, onların ağzıyla heç kim heç nə ölçmür bu ölkədə.

Tanıdığım bir müəllim var, məktəbə gedib, məlum olub ki, direktor onun dərs saatlarını başqa bir müəllimə satıb. Bu qədər çirkabın, əxlaqsızlığın, rüşvətin, korrupsiyanın, haqsızlığın, hüquqsuzluğun olduğu ölkədə futbol niyə inkişaf etsin? Niyə bir norveçli də futbolda uğur qazansın, istefa mədəniyyəti olmayan, təpədən-dırnağa kimi günah içində olan azərbaycanlı da? Bunu heç düşündüzmü?

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button