“…bunun nəticəsidir ki, qalib gələ bilmədik” – Pirlo

İtaliya A Seriyasının 12-ci turu çərçivəsində “Atalanta” ilə 1:1 hesablı heç-heçə edən “Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italyan mütəxəssis, oyunu belə şərh edib:

“Güclü komandaya qarşı sürətli oyun göstərdik, amma ümumilikdə onlarla bərabər səviyyədə idik. Bəzi anlarda nisbətən zəif təsir bağışladıq, bunun nəticəsidir ki, qalib gələ bilmədik. Vacib olan qol deyil, oyunlara necə yanaşdığımızdır. Turnir cədvəlinin lideri olmaq üçün çox şansımız oldu, inkişaf edirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button