“Göztəpə”dən inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Göztəpə” doğma meydanda “Rizəspor”la qarşılaşıb.

Meydan sahibləri bu qarşılaşmada inamlı qələbə qazanmaqla 4 oyunluq fasilədən sonra 3 xala seviniblər. “Rizəspor” isə artıq 8 oyundu 3 xala həsrətdi.

Bu qələbədən sonra xal ehtiyatını 37-yə çatdıran “Göztəpə” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb. “Rizəspor” isə 25 xalla 16-cıdı.

Türkiyə Super Liqası, 21-ci turun oyunu

17 mart

Göztəpə – Rizəspor 2:0
Qol
: B.Emir, 56. Napoleoni, 61.