Göydən 3 “alma” düşdü… Və ya təsadüfün beləsi

Dünən və bu gün UEFA Çempionlar Liqasının və Avropa Liqasının püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, püşkatmadan sonra maraqlı mənzərə yaranıb. Belə ki, ölkəmizi avrokuboklarda təmsil edən 4 komandadan 3-ü Şimali Makedoniya klublarına rəqib olub. Çempionlar Liqasında iştirak edəcək “Qarabağ”ın Şimali Makedoniya klubu “Sileks”lə qarşılaşacağı məlum idi. Bu gün Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” da rəqibini öyrənib. “Neftçi” Şimali Makedoniyanın “Şkupi” klubuna rəqib olub. “Sumqayıt” isə bu ölkənin digər təmsilçisi “Şkendiya” ilə qarşılaşacaq. Yalnız “Keşlə” fərqli ölkənin təmsilçisi ilə – Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək.

Bütün təmsilçilərimiz oyunlarını doğma meydanda keçirəcək.

“Qarabağ” – “Sileks” matçı avqustun 18-də, “Neftçi” – “Şkupi” və “Sumqayıt” – “Şkendiya” oyunları isə avqustun 27-də keçiriləcək.

Avropa Liqasının təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq və azarkeşsiz keçiriləcək.