“Bir xalı da qənimət saymaq olar” – Azərbaycan millisinin üzvü

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirən Azərbaycan millisi səfərdə Slovakiya ilə heç-heçə edib.

Komanda.az xəbər verir ki, oyunun gedişində hesabda geri düşən Azərbaycan yığması matçın başa çatmasına 30 saniyə qalmış “status-kvo”nu bərpa edib. Görüşlə bağlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmdətinə açıqlama verən Fideo De Arauxo nəticəni qənaətbəxş saymayıb:

“Bilirdik ki, oyun çətin keçəcək. Həm rəqibimiz güclü idi, həm də heyətimizdə itkilər var idi. Baş məşqçi bunu nəzərə alıb, taktiki planda dəyişiklik etdi. Yaxşı oynadıq. Əsas odur ki, xal qazandıq. Əslində, heç-heçəni yaxşı nəticə saymıram. Biz bura qələbə qazanmaq üçün gəlmişdik. Amma oyunun gedişində uduzursansa və sona cəmi 30 saniyə qalmış qol vurursansa, bir xalı da qənimət saymaq olar. Oyunun əvvəlində yaxşı epizod yaxalamışdım. Qol vurmağa yaxın idim. Futzal kollektiv oyundur. Mən də dəqiq oynamaq istəyirdim. Ancaq alınmadı. Qapıçı düzgün mövqe seçmişdi, həm də mən ötürmə etməyə çalışdım. Amma həmin anda qol vurmağı hamıdan çox özün istəyirsən”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button