Son 10 ilin ən yaxşıları: Messi, Ronaldo, İnyesta…

“Give me Sport” nəşri son 10 ilin ən yaxşı 100 futbolçusunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində “Barselona”nın futbolçusu Lionel Messi yer alıb. 2-ci sırada “Yuventus”dan Kriştiano Ronaldo, 3-cü yerdə isə hazırda “Vissel Kobe”də forma geyinən, “Barselona”nın sabiq üzvü Andres İnyesta yer alıb.

İlk “10-luq”

  1. Lionel Messi (“Barselona”)
  2. Kriştiano Ronaldo (“Yuventus”)
  3. Andres İnyesta (“Vissel Kobe”)
  4. Xavi (karyerasını bitirib, əvvəl “Barselona”, “Əl Sədd”)
  5. Neymar (PSJ)
  6. Dani Alveş (“San Paulo”)
  7. Luis Suares (“Barselona”)
  8. Serxio Ramos (“Real”)
  9. Robert Levandovski (“Bavariya”)
  10. Luka Modriç (“Real”)