“Mançester Yunayted”in çempion olması 15-20 il çəkə bilər” – Giqqz

Uels millisinin baş məşqçisi Rayan Giqqz “Mançester Yunayted”in çempionluq şansları ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, vaxtilə “qırmızı şeytanlar”ın şərəfini qorumuş Giqqz, çempionluğun çətin olacağını bildirib:

“Mançester Yunayted”in çempion olması 15-20 il çəkə bilər. Yurgen Klopp və Pep Qvardiola Premyer Liqada qalsa, bu, daha çətin ola bilər. Onların lazımi maddi imkanları və səviyyəli futbolçuları var. Uğur qazanmaq üçün Kloppa 4 il lazım oldu. Bu, çox vaxt tələb edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button