“Getsən, oğurlanmış maşının qaytarılacaq” – FOTO

“Napoli”nin fanatları komandanın baş məşqçisi Luçano Spallettinin qaçırılmış avtomobilini qaytarmağa söz veriblər.

Komanda.az xəbər verir ki, amma fanatların şərti var. Onlar Luçano istefaya gedəcəyi təqdirdə, avtomobili qaytaracaqlar. Azarkeşlər klubun bazasının qarşısında açdıqları bannerdə belə yazıblar:

“Spalletti, söz veririk, getsən, biz sənin maşınını qaytararıq”.

Bir müddət əvvəl “Napoli”nin prezidenti Aurelio De Laurentis Spallettini baş məşqçisi postunda saxlamaq niyyətində olduğunu bildirib.

İtaliya çempionatının başa çatmasına iki tur qalmış “Napoli” Çempionlar Liqasında iştirakı təmin edib.

Spaletti 2021-ci ilin iyulundan “Napoli”yə rəhbərlik edir. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.