Gerye sıraya döndü, Mbodj hazırlıqdan kənarda qaldı

“Neftçi” Premyer Liqanın 20-ci turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığına başlayıb.

Komanda.az xəbər verir ki, “Səbail”lə görüşdən sonra bərpa məşqi edən komanda fasilə vermədən bu gün məşqə çıxıb.

Əvvəlcə fitnez zalında müxtəlif fiziki təmrinlər edən komandanın üzvləri sonra meydançada toplu çalışmaları yerinə yetiriblər.

Mamadu Mbodj zədəli olduğu üçün məşqdə iştirak etməyib, Donald Gerye isə fərdi məşqə başlayıb.

Hazırlıq sabah bir məşqlə davam edəcək.