George Hacinin komandasından tarixi zəfər

Futbol üzrə Rumıniya superkubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu “ÇFR Kluj” ilə ölkə kubokunun son qalibi “Vitorul” üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Matçın başa çatmasına 4 dəqiqə qalmış Andrey Arteanın vurduğu top George Hacinin baş məşqçisi olduğu “Vitorul”a qələbə qazandırıb – 1:0.

Bununla da, “Vitorul” tarixində ilk dəfə Rumıniya superkubokunun qalibi olub.