“Qəbələ”nin erkən vidalaşdığı UEFA Gənclər Liqasında çempion məlum oldu

UEFA Gənclər Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub.

Komanda.az xəbər verir ki, finalda “Çelsi”ni 3:1 hesabıyla məğlub edən “Portu” kubokun sahibi olub. Portuqaliya təmsilçisinin qollarına Vieyra, Dieqo Keyruş və Afonso Souza imza atıb. “Çelsi”nin yeganə qolunu isə Redan vurub.

İlk dəfə 2013/14 mövsümündə keçirilən turnirin ilk qalibi “Barselona” olub. Daha sonra – 2014/15 və 2015/16 mövsümündə isə “Çelsi” çempion olub. 2016/17 mövsümündə “Zalsburq”, 2017/18-də isə “Barselona” Gənclər Liqasının qalibi olub.

Bu mövsüm UEFA Gənclər Liqasında Azərbaycanı “Qəbələ” təmsil edib. Qəbələ təmsilçisi turnirin ikinci mərhələsində Almaniyanın “Herta” klubuna uduzaraq, Gənclər Liqası ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button