“Dedim ki, danışma, oyna” – Müsahibə

“Zirə” yoxlama oyununda “Sabah”a 3:5 hesabıyla məğlub olub.

Komanda.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Samir Abasov sözügedən qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

  • Oyunla bağlı fikirləriniz nədir?
  • Yoldaşlıq görüşləri ilə bağlı o biri məşqçilər nə deyirsə, mən də onu deyəcəm. “Qəbələ” ilə oyundan sonra əsas olan tonusu saxlamaq idi. Yavaş-yavaş, getdikcə artıq başlayırsan oyunçulardan nələrsə tələb etməyə. Bu oyunlarda futbolçular 100 faizə çatmasalar da, 50, 60, faizə çatsalar, böyük şeydir. Oyunçulardan bunları istəyirsən.
  • Yeni transferlər necədir?
  • Yeni transferləri siz məndən də yaxşı tanıyırsız. Cavidin, Elvinin keyfiyyətindən danışmağa ehtiyac yoxdur. Hamısından razıyıq. Bundan sonra gələnlər də təki yaxşı olsun.
  • Neçə legioner gözlənilir?
  • 3 nəfər.
  • Adlar?
  • Adlar yoxdur. Bir mövqedə 3 oyunçu var, biri razılıq verməsə, o birinə keçirsən. Bu gün Azərbaycana oyunçu gətirmək həqiqətən çətindir.
  • Türkiyədəki hazırlıq planı necədir?
  • Bundan sonra Azərbaycanda iki yoxlama oyunu istəyirik. Onlarda biri “Keşlə”dir. Ayın 13-də oynayırıq. Sonra 18-də də bir yoxlama oyunu olacaq, rəqib axtarırıq. Sonra Türkiyəyə gedəcəyik. İki həftəlik toplanışımız olacaq. Orda da 4 yoxlama oyunu olacaq. Rəqiblər hələ bilinmir.
  • Bir epizodda oyunçuya əsəbiləşmişdiz…
  • Bəli, dedim ki, danışma, oyna. Dedim ki, yoxlama oyunları danışmaq üçün deyil, çempionatda danışarıq. Gənc oyunçuları bir az “hava”ya salmaq lazımdır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button