Gəncə şəhər stadionuna aid ərazi satılıb: Dükan tikəcəklər – FOTO

Gəncə şəhər stadionunun avtomobil dayanacağı üçün təyin edilən yerlər satılıb.

Komanda.az xəbər verir ki, bu barədə Gəncənin “Kəpəz” klubunun “Xəmsə” fanklubu sosial şəbəkədə paylaşım edib. Paylaşımda bildirilir ki, stadionun avtomobil dayanacağı üçün nəzərdə tutulan yerdə inşaat materialları dükanı açılacaq:

“Xəbəriniz olsun, Gəncə şəhər stadionunun avtomobil dayanacağı üçün təyin olunan yerlər satılıb… və deyilənə görə, yerində inşaat materialları dükanı tikiləcək. Ümid edirik aidiyyətı adamlar çıxıb cavab verəcək. Yəqin bir neçə gün əvvəl yalandan stadionun hissə-hissə təmir olunacağı haqda məlumatı “sızdıranda” bunu nəzərdə tuturdular”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button