“Gələcəyi ilə bağlı qərarı Messi özü verəcək” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın hücumçusu Lionel Messinin klubdan mümkün ayrılığı barədə açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, katalonların çalışdırıcısı, Messinin gələcəyi ilə bağlı qərar vermədiyini bildirib:

“Messinin bizim üçün əhəmiyyətini hər kəs bilir. O, hələ də komandanın bir parçasıdır. Mətbuatda yayılan söhbətlər barədə nəsə deyə bilmərəm. Bir müddət sonra yenidən Messi ilə danışıb, gələcəyini müzakirə edəcəyik. Vacib olan hazırda onun ideal oyununu göstərməsidir. Gələcəyi ilə bağlı qərarı Messi özü verəcək”.

Messinin klubla müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Onun “Barselona”dan ayrılmaq istədiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button