Gənclər və İdman Nazirliyi valideynlərini itirmiş bacı-qardaşı himayəyə götürdü

Gənclər və İdman Nazirliyi Gəncədə erməni terroru nəticəsində hər iki valideynini itirmiş bacı-qardaşa kömək edəcək.

Komanda.az xəbər verir ki, qurumun kollektivi 10 oktyabrdan 11 oktyabr tarixinə keçən gecədə erməni terrorçuları tərəfindən Gəncəyə atılan raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı səkkiz yaşlı Hüseynin yetkinlik yaşlarına (18 yaş) çatana qədər aylıq cəmi 500 manat təminat xərclərini öz üzərinə götürür. (oxu.az)