“Bu gün “ac” komanda gördük” – Kuman

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukraynanın “Dinamo” klubuna 4:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, turnirdə növbəti mərhələyə adladıqları oyunla bağlı fikirlərini bölüşüb:

“Yaxşı nəticə əldə etdik və növbəti mərhələyə vəsiqə qazanmaq hədəfimizə çatdıq. Yarımmüdafiədə ilk oyunda olduğundan daha yaxşı oynadıq. Komandanın göstərdiyi oyunu bəyəndim. Bu gün “ac” komanda gördük. Bu dəfə gənc futbolçularımız oynamaq şansı qazandılar. Onlar bu fürsətə layiqdirlər. Gənc futbolçuları meydanda görmək vacibdir. Əsas futbolçulara istirahət şansı verdik. Bu cür istirahətlərə ehtiyacımız ola bilər”.