“Kəpəz”in həkimi koronavirusla mübarizədə!

Gəncə təmsilçisi “Kəpəz”in əsas komandasının həkimi Şıxəli Həsənov koronavirusla mübarizə aparan həkimlərin sırasına qoşulub.

Komanda.az xəbər verir ki, bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb. Məlumatda, Həsənovun koronavirusla mübarizə aparan “ağ xalatlı”ların sırasına qoşulduğu bildirilib.