Füzuli Məmmədov: “Rəqibi hər elementdə təhlil etmişdik”

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

  • Bilirdik ki, çətin olacaq. Ciddi hazırlamışdıq. Rəqibi hər elementdə təhlil etmişdik. Biz də ona uyğun oyunumuzu qurduq. Planımız, uşaqların meydandakı əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni azarkeşlərimizə həsr edirik.
  • 3 tura 3 fərqli sistemlə oynamısız. Bundan sonra əsas hücum 3-lüsü bugünkü kimi olacaq?
  • Oyunları təhlil edirik. Səhvlər olduqda ona uyğun düzəlişlər edirik.
  • “Neftçi” ilk hissədə möhtəşəm futbol oynadı. Digər oyunlarda da bu performansı saxlaya biləcəksizmi?
  • Bütün futbolçuların potensialını bilirəm. Hələ tam formalarında oynamırlar. Bundan sonra da daha yaxşı olmağa çalışacağıq.

Şahin Cəfərov