“Şanslarımız bitməyib” – Azərbaycan millisinin üzvü

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Emin Kürdov açıqlama verib.

Komanda.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə danışan Kürdov, Avropa çempionatında sona qədər mübarizə aparacaqlarını deyib:

“Hazırlığımız davam edir. Gürcüstana uduzduq, istəməzdik belə olsun. Belə deyək də, oyun bərabər səviyyədə keçirdi və sonda penaltidən buraxılan qolla uduzduq. Çalışırıq ki, bu oyunu yaddan çıxaraq.

Qarşıda İspaniya millisi ilə oyun var. Bu komanda nəinki bizim qrupun, hətta turnirin əsas favoriti hesab olunur. Bu rəqiblə oyuna ciddi hazırlaşırıq. Asan təslim olmayacağıq, öz oyunumuzu oynayacağıq. Şanslarımız bitməyib, müharibə davam edir. Sonadək mübarizə aparacağıq. Azərbaycan xalqını, millətimizi sevindirməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button