Azərbaycan çempionatında komandaların sayı artırılır

Futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümündə iştirak etmək üçün 10 komanda müraciət edib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Bunlardan dördü ötən çempionatın iştirakçısıdır. Biri isə bir illik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək üçün müraciət edib.

Tələbə Futbol Federasiyasının yığma komandası da gücünü ən güclülərlə sınayacaq.

Komandaların adlarını təqdim edirik: “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK, “Baku Fire”, “Marafon Futsal”, “Record club”, “Xəzər” (Yardımlı), “Quba Premyer”, TFF-55.