Yüksək Liqa: Oyun cədvəli açıqlandı

Futzal üzrə Yüksək Liqada 15-ci turun oyun cədvəli açıqlanıb.

Komanda.az xəbər verir ki, qış fasiləsi fevralın 20-də başa çatacaq. Turun bütün oyunları “Olimpik Star”da keçiriləcək. İlk görüş saat 12:00-da start götürəcək. Liderlə ən yaxın izləyicisi isə saat 16:00-da üz-üzə gələcək.

Futzal, Yüksək Liqa, 15-ci tur

20 fevral

Saat 12:00 Premier (Quba) – Xızı Futzal
Saat 14:00 Neftçi İK – Baku TFK
Saat 16:00 Marafon FK – Araz
Saat 18:00 EKOL – Baku Fire
Saat 20:00 Record club – Yasamal İSK