Başa çatmayan oyunun keçirilmə vaxtı bilindi

Futzal üzrə Yüksək Liqada 15-ci tur çərçivəsində hakimlərin düzgün olmayan qərarı əsasında başa çatmayan “Marafon” – “Araz” oyununun keçirilmə tarixi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyun martın 2-də, saat 14:00-da, “Olimpik Star”da keçiriləcək.