“Araz” ÇL-də mübarizəni erkən dayandırdı

Bu gün futzal üzrə Azərbaycan çempionu “Araz” Çempionlar Liqasında mübarizəyə start verib.

Komanda.az xəbər verir ki, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşıb.

Afinadakı “Dias Sports Hall”da oynanılan görüşün əsas referisi uelsli Karl Hyuz olub. Ona həmyerlisi Valentin Syuplea və yunanıstanlı Konstantinos Farmakis kömək edib.

Qeyd edək ki, cütün qalibi bir oyunla müəyyənləşəcəkdi. Bu üzdən də matç gərgin mübarizə şəraitində keçib. Qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. AEK ikinci hissəyə də qolla başlayıb. İkinci hissənin əvvəlində Rizvan Fərzəliyev buraxılan toplardan birinini əvəzini çıxsa da, yunanlar daha bir qol vurmağa nail olublar. Bu azmış kimi, Fineo qırmızı vərəqə alaraq komandasını bir müddət azlıqda oynamaq məcburiyyətində qoyub. Buna baxmayaraq, ruhdan düşməyən “Araz” matçın əsas vaxtının sonuna kimi buraxılan digər topların də əvəzini çıxıb və hesab bərabərləşib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qapılara qol vurulmayıb. Belədə, tərəflər qalibi penaltilər seriyasında müəyyənləşdiriblər. Daha dəqiq oynayan Yunanıstan təmsilçisi növbəti mərhələyə yüksəlib.

Çempionlar Liqası, ilkin mərhələ

28 noyabr

AEK – Araz 3:3
Qol
: A.Manos, 1. K.Panu, 20; 28 – R.Fərzəliyev, 24. X.Bağırov, 33. R.Çovdarov, 37.
Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis
Afina, “Dias Sports Hall”.

Penalti seriyası:
Vasilis Asimakopulos – 1:0
Xətai Bağırov – 1:0
Antonis Manos – 2:0
Ramiz Çovdarov – 2:1
Kostas Panu – 3:1
Murilo Borges Souza – 3:2
Yannis Delaportas – 3:2
Rizvan Fərzəliyev – 3:3
Andreas Tarnanidis – 4:3
İsa Atayev – 4:3

AEK: 1. Dimitris Teofilu, 5. Kostas Panu, 7. Marios Ntatis, 9. Yannis Delaportas, 17. Antonis Manos.
Ehtiyat oyunçular: 12. İoannis Xristopulos, 18. Eftimios Mixalitsis, 2. Silvio Sinomati, 3. Georgios Murikis, 4. Panayotis Qusis, 6. Andreas Tarnanidis, 8. Panayotis Artinos, 11. Vasilis Asimakopulos, 15. Dimitrios Karidas.
Baş məşqçi: İoannis Ziavas.
Araz: 12. Rövşən Hüseynli, 7. Fineo, 9. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 14. Murilo Borges Souza.
Ehtiyat oyunçular: 1. Emin Kürdov, 8. Rizvan Fərzəliyev, 10. Oktay Rüstəmli, 13. Tofiq Mikayılov, 15. Samir Həmzəyev, 17. İsa Atayev, 18. Namiq Məmmədkərimov, 19. Nurlan Mehdizadə.
Baş məşqçi: Alesio Da Silva.