Azərbaycanlı FİFA referisi Çempionlar Liqasının oyunlarında

Futzal üzrə azərbaycanlı FİFA referisi Hikmət Qafarlı təyinat alıb.

Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Qafarlı avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək. Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Mierkurea Kiuk” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.

Avqustun 28-də keçiriləcək “Minerva” – AEK oyununda birinci hakim olacaq Qafarlı, ertəsi gün “Minerva” – “Mierkurea Kiuk” matçında üçüncü, AEK – “Blue Magic” duelində ikinci hakim olacaq.