Azərbaycan millisinin rəqibi yoxlama oyunu keçirəcək

Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-nin elit-raundundakı rəqiblərindən Xorvatiya yığması yoldaşlıq oyunları keçirəcək.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Balkan təmsilçisi Ukrayna millisi ilə üz-üzə gələcək. Oyunlar dekabrın 2-də və 3-də Ukraynada keçiriləcək.

Elit-raundda millimizin yer aldığı qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-də Xorvatiyada keçiriləcək. C qrupundakı digər iştirakçılar Rusiya və Slovakiya milliləridir.