Azərbaycan millisi Moldovaya qalib gəldi

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Moldova yığması ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, saat 19:00-da başlayan görüş Bakı İdman Sarayında keçirilib. Azarkeşlər və media üçün qapalı olan görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanıb.

Tərəflər bu oyunda altı qola imza atıblar. Milli bu görüşdə darmadağınla qalib gəlib.

Azərbaycan millisi bundan əvvəlki iki oyununda da qələbə qazanıb. Yığma komanda Yunanıstanı və Slovakiyanı məğlub edib.

Avropa çempionatı, seçmə qrup mərhələsi

4 mart

Azərbaycan – Moldova 5:1
Qol: Fineo, 7. R.Fərzəliyev, 14. H.Ahmadi, 15. Bolinya, 27; 40 – S.Takot, 26.
Hakimlər: Culio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan)
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan)
Hakim-inspektor: Petrou Antonis (Kipr)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)
Bakı İdman Sarayı

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 13. Qalo, 9. Rafael Vilela, 10. Vassura, 19. Cavad Məmmədov (q), 3. Bolinya, 5. Amir Şocaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 16. Fineo De Arauxo.
Baş məşqçi: Joze Alesio Da Silva.

Moldova: 1. Oleq Çitoroaqi (q), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (k), 12. Sergey Burduja (q), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara.
Baş məşqçi: Vladimir Busatı.