Azərbaycan millisinin rəqiblərinin oyununda darmadağın

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı üçüncü qrupda bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Slovakiya yığması səfərdə Yunanıstan futzalçılarının qonağı olub. Oyun qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi üçüncü qrupda Slovakiya, Yunanıstan və Moldova ilə mübarizə aparır. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv hazırda 9 xalla liderdir. Milli növbəti matçını Moldova yığmasına qarşı keçirəcək.