Azərbaycan millisinin heyəti açıqlandı SİYAHI

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakıda, martın 9-da isə Çoreskuda Moldova yığması ilə qarşılaşacaq, oyunlara hazırlıq məqsədilə fevralın 25-dən etibarən təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanışa 18 futzalçı dəvət olunub.

1 Rövşən Hüseynli – “Araz-Naxçıvan”
2 Ramiz Çovdarov – “Araz-Naxçıvan”
3 İsa Atayev – “Araz-Naxçıvan”
4 Xətai Bağırov – “Araz-Naxçıvan”
5 Rizvan Fərzəliyev – “Araz-Naxçıvan”
6 Fineo De Arauxo – “Araz-Naxçıvan”
7 Hadi Ahmadi – “Araz-Naxçıvan”
8 Amir Şocayi – “Araz-Naxçıvan”
9 Emin Kürdov – “Ekol”
10 Tofiq Mikayılov – “Ekol”
11 Samir Həmzəyev – “Ekol”
12 Oktay Rüstəmli – “Neftçi”
13 Cavad Məmmədov – “Neftçi”
14 Tiaqo Teles Martins – “FC Salines Tuzla” (Bosniya və Herseqovina)
15 Eduardo Borqes – ACCS FUTSAL (Fransa)
16 Everton Kardozo – “Levante U.D.” (İspaniya)
17 Rafael Vilela – “Palma Futsal” (İspaniya)
18 Oliveyra Da Naskimento – klubsuz

Qeyd: Ölkə xaricində çıxış edən futbolçular toplanışa fevralın 28-dən sonra qoşulacaq.